
Açarın harada itdiyi bilinmirsə, təhlükəsizlik baxımından kilid də yoxlanılır. Lazım gəldikdə silindr dəyişdirilir və ya yeni kilid quraşdırılır. Qapı bağlı qalıbsa, kilidə zərər vermədən açılır. Avtomobil açarlarında isə yeni açar hazırlanır, çip və immobilayzer sistemi yenidən proqramlaşdırılır. Smart açarlarda köhnə açarın sistemdən silinməsi də lazım gələ bilər.
İtirilmiş açarı yenidən hazırlamaq mümkündürmü?
Əksər hallarda itirilmiş açarı yenidən hazırlamaq mümkündür. Mexaniki açarlar mövcud kilidə uyğun hazırlanır. Çipli, pultlu və smart avtomobil açarlarında isə metal hissə ilə yanaşı elektron hissə də proqramlaşdırılır. Əks halda açar qapını aça bilsə də, avtomobili işə sala bilməz.Bütün açarlar itdiyi halda əvvəlcə avtomobilin elektron sistemi və ya kilid mexanizmi yoxlanılır. Daha sonra yeni açar hazırlanıb sistemə tanıdılır. Ev və ofis açarlarında da yeni açar hazırlamaq mümkündür. Kilid köhnəlibsə və ya mexanizmdə nasazlıq varsa, silindrin dəyişdirilməsi daha məqsədəuyğun olur.
Açar itdikdə kilidi dəyişmək lazımdırmı?
Açar itirildikdə hansı tədbirin görüləcəyi mövcud vəziyyətə görə müəyyən edilir. Açarın yad şəxslərin əlinə keçməsi ehtimalı varsa, təkcə yeni açar hazırlamaq kifayət etməyə bilər. Belə hallarda kilid silindri və ya bütün kilid dəyişdirilir.Kilid köhnəlibsə, açar çətin fırlanırsa və ya mexanizmdə nasazlıq varsa, yeni kilid quraşdırılması daha düzgündür Elektron və smart kilidlərdə isə köhnə giriş məlumatları sistemdən silinir. Yeni kart, kod və ya smart açar əlavə edilir.