Təhlükəsizlik kilidlərinin üstünlükləri nələrdir?

Təhlükəsizlik kilidlərinin üstünlükləri nələrdir?
Təhlükəsizlik kilidləri adi kilidlərdən bir az daha mürəkkəbdir. Bu da qapının icazəsiz açılmasını çətinləşdirir və ümumi təhlükəsizliyi artırır. Keyfiyyətli kilidlər uzun müddət problemsiz işləyir, tez xarab olmur və açarın ilişməsi kimi hallar daha az olur.

Bu kilidlərin açar sistemi də daha etibarlı olur. Bir çox modeldə açarı hər yerdə kopyalamaq mümkün olmur. Əgər kiliddə problem çıxsa, çox vaxt bütün sistemi dəyişməyə ehtiyac qalmır, sadəcə silindri yeniləmək kifayət edir. Bir çox təhlükəsizlik kilidi qazmaya, qırılmaya və digər müdaxilələrə qarşı qoruyucu hissələrlə hazırlanır. Ona görə həm yeni qapılarda, həm də köhnə kilid dəyişdiriləndə bu tip kilidlərdən istifadə olunur.

Təhlükəsizlik kilidlərinin növləri hansılardır?

Təhlükəsizlik kilidlərinin bir neçə növü var. Ən çox rast gəlinənlər silindrli, çoxnöqtəli, elektron və smart kilidlərdir. Hər biri fərqli işləyir və qapıya uyğun seçilir. Silindrli kilidlər daha çox ev və ofis qapılarında istifadə olunur. Problem yarananda çox vaxt yalnız silindri dəyişmək kifayət edir. Bu da daha sərfəli olur.


Çoxnöqtəli kilidlər qapını bir neçə yerdən eyni anda bağlayır. Bu da qapını daha möhkəm edir. Xüsusilə dəmir qapılarda bu tip kilidlər çox istifadə olunur. Elektron və smart kilidlər isə kart, şifrə, telefon və ya barmaq izi ilə işləyir. Bir çoxunda ehtiyat üçün adi açar da olur. Lazım olanda şifrəni dəyişmək, yeni kart əlavə etmək kimi işlər də görülə bilir.

Təhlükəsizlik kilidi seçərkən nələrə diqqət edilməlidir?

Kilid seçəndə əvvəlcə qapının növünə baxmaq lazımdır. Qapının növünə uyğun kilid seçmək lazımdır. Ölçülər, silindrin tipi və quraşdırılacaq yer əvvəlcədən yoxlanmalıdır. Ehtiyat açarın hazırlanması, kopyalanması və lazım olanda silindrin dəyişdirilməsi mümkün olmalıdır. Bu, sonradan işi asanlaşdırır.

Kilidin materialı da önəmlidir. Keyfiyyətli kilid daha uzun işləyir və tez sıradan çıxmır. Quraşdırma da düzgün olmalıdır. Səhv quraşdırılan kilid tez problem yarada bilər və açarın çətin işləməsinə səbəb olar. Əgər mövcud kiliddə problem varsa, dərhal dəyişmək lazım deyil. Əvvəlcə yoxlamaq yaxşıdır. Bəzən təmir kifayət edir, bəzən isə yenisini qoymaq daha məntiqli olur.

Açar və kilid işləri üçün bizə zəng edin

Pulsuz məsləhət və sürətli çağırış üçün əlaqə saxlayın.

0704977035